Artımlardan sonra Azərbaycanda pensiyaların məbləği açıqlanıb.
Eləcə də bax: Əmək pensiyaçılarına maddi yardım ödəniləcək - SƏRƏNCAM
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov deyib ki, atrtımlardan sonra staja görə pensiyaya çıxanların pensiya məbləği 360 manata, yaşa görə əmək pensiyasına çıxanların pensiya məbləğlərinin isə 385 manata çatacağı proqnozlaşdırılır.
O əlavə edib ki, maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə pensiyalar artırılıb və əlavə olaraq pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.