Banner

Sosial

Maaşları verməyən şirkət işçilərin sənədlərini - GİROV SAXLAYIR - VİDEO

Maaşları verməyən şirkət işçilərin sənədlərini - GİROV SAXLAYIR - VİDEO | FED.az
15:21 20 Dek 2019

Bakıda yükdaşıma şirkəti işçilərinin əmək haqlarını vermir. Üstəlik şirkət işçilərin hərbi biletlərini, diplomlarını da girov saxlayır. 

FED.az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, bu iddiaları elə həmin şirkətdə sürücü işləyən şəxslər səsləndirib. Bildiriblər ki, onlar uzun müddətdir 188 yükdaşıma xidmətində sürücü kimi çalışırlar. Son vaxtlar şirkət onların əməkhaqlarını verməyib. Buna etiraz edərək işdən çıxan sürücüləri şirkət bu dəfə sənədlərini verməməklə cəzalandırıb. 30-a yaxın işçinin diplom, hərbi bilet və bu kimi vacib sənədləri şirkət tərəfindən girov saxlanılıb.

Eləcə də bax: Azərbaycanda işçilərin - DƏLƏDUZLUQ SIĞORTASI AZALIB

Telekanal nümayəndələri səsləndirilən bu iddialarla bağlı 188 yükdaşıma xidmətinin qarajına üz tutublar. Həmin ünvanda rəhbərliyin olmadığı deyilib və qapıları bağlanıb. Daha sonra qarajın rəisi Rəşad Mustafayev telefon vasitəsilə iddiaların əsassız olduğunu bildirib.

Qeyd edək ki, zərərçəkmişlər artıq faktla bağlı Nizami rayonu 24-cü Polis Şöbəsinə də müraciət ediblər. Onların hər birinin izahatı alınıb və məsələnin araşdırılacağı bildirilib.

Şirkətin rəhbərləri Rəşad və İsmixan Mustafayev qardaşlarıdır. Onlar məsələ ilə bağlı bir neçə dəfə Nizami rayon Prokurorluğuna və Nizami rayon Polis İdarəsinə çağrılıblar. Lakin heç bir nəticəsi olmayıb. Onlar insanları aldatmaqda, onların inamından sui-istifadə etməkdə, vergidən yayınmaqda davam edirlər. İşçilər dəfələrlə əmək müfəttişliyinə müraciət etsə də, heç bir tədbir görülməyib.

 

Digər xəbərlər

Banner