Konstitusiya Məhkəməsi fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edəndən sonra belə ödənişlərin necə alınması ilə bağlı suallar yaranıb.
Azərbaycanda işçinin maaşını gecikdirənlər ona cərimə ödəyəcəklər - YENİ QƏRAR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ətrafında yaranmış suallara aydınlıq gətirib.
Deputat bildirib ki, bu, fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir:
“Qərara əsasən, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bununla belə, reallıqda əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər. İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir”.
“Həmin müqavilələrdə işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əməkhaqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizinin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var. Bu bir tərəfədən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər.
Bu halda həm işəgötürənin öhdəliyi bu konteksdən rəsmiləşir və işəgötürən əmək müqaviləsində həmin öhdəliyi götürməklə belə hallar baş verdiyi təqdirdə işçiyə əlavə vəsaitin ödənilməsini təmin edir. Nəticədə, belə müqavilələr ilə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar. Bu, əməkhaqqının gecikməsi zamanın işçilərin maaşlarına daha qısa müddətdə əlavlərin ödənilməsinə gətirib çıxara bilər”.