2019-cu ilin 8 ayı ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 142 min ədəd artıb, kredit kartlarının sayı isə 89 min ədəd azalıb.
2019-cu ilin Avqust ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 209 min ədəd təşkil edib.
FED.az məlumat verir ki, mərkəzi Bankın statistikasına istinadən xəbər verilir ki, İyul ayının sonu ilə müqayisədə Avqustda cəmi ödəniş kartlarının sayı 77 min ədəd artıb.
Eləcə də bax: Yeni qadağa plastik kart istifadəçilərinə - NECƏ TƏSİR EDƏCƏK?
Artım Yanvarda 39 min ədəd, Fevralda 74 min ədəd, Martda 0 ədəd, Apreldə 97 min ədəd, Mayda 247 min ədəd, İyunda 43 min, İyulda 121 min ədəd təşkil etmişdi.
İyul ayı ilə müqayisədə Avqustda sosial kartların sayı 39 min ədəd artaraq 2 milyon 693 min ədədə, əməkhaqqı kartlarının sayı 25 min ədəd artaraq 2 milyon 182 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 21 min ədəd artaraq 1 milyon 563 min ədədə çatıb, kredit kartlarının sayı isə 8 min ədəd azalaraq 771 min ədədə düşüb. İyulda kredit kartlarının sayı 18 min ədəd azalmışdı.
2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-avqust ayları ərzində (8 ayda) cəmi ödəniş kartlarının sayı 698 min ədəd, o cümlədən sosial kartların sayı 171 min ədəd, əmək haqqı kartlarının sayı 142 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 474 min ədəd artıb. Kredit kartlarının sayı isə 89 min ədəd azalıb.
Marja