2020-ci ilin avqust ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda ödəniş kartlarının sayı 8 milyon 793 min ədəd təşkil edib.
Eləcə də bax: Bakıda orta aylıq əməkhaqqı - ARTIB - MƏBLƏĞ
FED.az xəbər verir ki, o cümlədən əməkhaqqı kartlarının sayı 2 milyon 427 min ədəd olub. Əmək haqqı kartları ilin əvvəli ilə müqayisədə 3,1% və ya 72 min ədəd artıb.
Təkcə iyun ayı ilə müqayisədə iyul ayında kartların sayı 1,3% və ya 30 min ədəd artıb.
Əməkhaqqı kartlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,5% və ya 270 min ədəd artıb.