Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. FED.az xəbər verir ki, iyunun 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq iyunun 3-ü səhərədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur.