“YouTube” servisinin mobil proqramının yeni versiyasının araşdırılması zamanı maraqlı detal ortalığa çıxıb: “Google” mühəndisləri mobil proqramda qara rəngli interfeysin tətbiqinə hazırlaşırlar.
FED.az xəbər verir ki, şirkətin məlumatına görə, qara rəng çalarlarından istifadəyə əsaslanan tərtibat qaranlıqda “YouTube” servisində video izləməyi daha rahat edəcək. Bu yenilik “OLED” displeyi ilə təchiz edilmiş mobil qurğuların sahibləri tərəfindən xüsusilə qiymətləndiriləcək, çünki qara rəngin göstərilməsi elektrik enerjisi sərf etmir.
“YouTube”un masaüstü versiyasının istifadəçilərinə əlçatan olan qara rəngli interfeys indi mobil qurğular üçün hazırlanır.