“Time” jurnalı 2017-ci ilin “İlin adamı”nı açıqlayıb.
FED.az xəbər verir ki, bu ada bu il cinsi zorakılığa məruz qaldıqlarını açıqlayan qadınların yaratdığı “Silence Breakers” ("Səssizliyi pozanlar") hərəkatı layiq görülüb.
Bu qrupa aktrisa Eşli Cadd, müğənni Teylor Svift və digərləri daxildir.
Qeyd edək ki, “İlin adamı” adına namizədlər sırasına “Amazon” saytının təsisçisi Ceff Bezos, ABŞ-lı rejissor, “Möcüzə-qadın” filminin müəllifi Petti Cenkins və amerika futbolu oyunçusu, ABŞ-da polis zorakılığına etiraz olaraq himn çalınarkən ayağa qalxmaqdam imtina edən Kolin Kapernik yer almışdı.
Siyahıda siyasi fiqurlar arasında Şimali Koreya lideri Kim Çen In, Çin prezidenti Si Tszinpin, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman və ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş rəhbəri Robert Müller də yer almışdı.
ABŞ prezidenti Donald Tramp da iki dəfə “İlin adamı” olmaq təklifindən imtina etsə də, siyahıya salınmışdı.