Mədəniyyət və Turizm Nazirliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti Yeni il şənliyinin təşkili xidmətinin satınalınması məqsədilə təkliflər sorğusu elan edir.
Elana görə, təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b nömrəli ünvana (əlaqələndirici şəxs: Dəniz Məcidliyə, telefon: (012) 4650945)) müraciət edə bilərlər.
Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 8 dekabr 2017-ci il saat 17.00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan təkliflər baxılmadan geri qaytarılacaqdır. Təkliflər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b nömrəli ünvanda 11 dekabr 2017-ci il saat 16.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.