İnternet istifadəçiləri restoran və mağaza işçilərinin, mənzil satıcılarının insanları hansı şəkildə aldatması ilə bağlı yaşadıqları təcrübəni bölüşüblər. Mövzu gündəmi o qədər əhatə edib ki, hər kəs bu mövzu çərçivəsində başına gələn hekayəsini yazır. Hətta bu mövzuya nəinki alıcılar, eyni zamanda marketoloqlar və sıravi satıcılar da laqeyd qala bilməyiblər.
FED.az şirkətlərin öz mallarını və ya xidmətlərini sırıyarkən özlərini qoruya bilmək üçün istifadə etdikləri əsas fırıldaqları təqdim edir.
Yeməyin miqdarı
Restoranların işlətdikləri elə fəndlər var ki, biz ona heç fikir də vermirik. Bunlardan biri, eyni miqdarda olan yeməyi fərqli qiymətə satmaqla bağlıdır.
Məsələ ondan ibarətdir ki, restoranlarda təqdim olunan bir pay supu biz bir fincana töksək onun az olduğunu görmüş olarıq. Amma həmin miqdarda olan supu restoran kasasına tökəndə kasa tam dolur. Buradan da aydın görünür ki, restoranlar əslin az olan supu daha çox adı ilə sırıyaraq artıq pul alırlar.
Buna görə də restoranda yemək sifariş edərkən onun qiymətindən əvvəl miqdarı ilə maraqlanmaq məsləhətdir.
Günün yeməyi
Bu da məşhur fəndlərdən biridir. Restoranlar istifadə müddəti bitməkdə olan məhsullardan hazırladıqları yeməkləri «günün yeməyi» kimi özəl olaraq təqdim edirlər. Qida məhsullarının korlanması nəticəsində yarana biləcək maddi itkinin qarşısını almaq üçün restoran bu kimi qidaları özəl ad altında müştərilərə sırıyır.
Doğranmış kolbasa və pendir
Bu üsul da daha çox və xüsusilə də mağazalarda istifadə olunur. Qida məhsullarının doğranmış şəkli daha cəzbedicidir, çünki müştərilər bu halda daha az zəhmət çəkmiş olurlar. Mağaza sahibləri də bu cəlbedicilik özəlliyindən sui-istifadə edərək istifadə müddəti bitməkdə olan məhsulları alıcılarına bu şəkildə sırımağa çalışırlar. Ona görə də belə məhsulları almamaq məsləhətdir.
Təbiilik
Bəzi şirkətlər iddia edirlər ki, onların məhsulları tamamilə təbiidir və heç bir GMO ehtiva etmir. Amma dükan satıcılarının bu fikirlərinə tam etibar etmək olmaz. Çünki təbiilik yalnız ərzaq deyil, həm də məişət, mühəndislik və ya kosmetika məhsullarına da aiddir.
Məhsul keyfiyyətini qiymətləndirən təşkilat və sertifikatların sayının az, özlərinin isə çox halda qeyri-obyektiv işlədiklərini də unutmamalıyıq. Eyni zamanda bu sertifikatlar ümumi xarakter daşıyır və bunu əsasən şirkətlər öz tanışlarına verirlər. Anlaşılan odur ki, istehsalçının sözünə inanmaq yalnışdır.
Ən aşağı qiymətə zəmanət
Bu analoji hal dünyanın hər yerində mövcuddur. Bəzi hallarda satıcılar məhsullarını çox aşağı qiymətə təklif edirlər. Endirim qiymətləri arasında fərq olsa da hər bir halda bu endirim dərəcəsi təxmini eynilik təşkil edir. Belə olan hallarda satıcıların da öz versiyaları olur.
İnternet istifadəçiləri bildirirlər ki, mağaza rəhbərləri bunun üçün şirkətlərə xüsusi adlı məhsullar sifariş edirlər. Hansı ki, o məhsulu başqa mağazalarda tapmaq da mümkün olmur. Və məhz həmin məhsullar “möhtəşəm endirim” ilə müştərilərə satılır.
Həmişəyaşıl bitkilər
Bitki bağazaları da bəzi hallarda xüsusi fəndlərə əl atırlar. Otaq bitkiləri və gül alarkən onun qönçələrinə fikir verin.
Çox sayda internet istifadəçisi deyir ki, onlara gül ilə calaq edilmiş kaktus satılıb. Bu fəndə arxalanan bitki satıcıları da bunun daim çiçək açacağına zəmanət verə bilir. Bitki alarkən onun qönçələrinə diqqət etməlisiniz ki, aldanmayasınız.
Gözəl manekenlər
Geyim mağazalarında da bizi manipulyasiya edə bilərlər. Burada fəndlər ondan ibarətdir ki, satılması lazım olan geyim gözəl manekenlərə geyindirilir. Bu paltarın uyğun və uğurla birləşməsi alıcının diqqətini çəkir və nəticədə məhsul satılır.
Bu vəziyyətdə, o paltarın sizə uyğun olduğunu anlamaq üçün hər bir vasitəyə əl atın. Xüsusilə də başqasının rəyini (əlbəttə ki, satış məsləhətçisi deyil) eşitmək imkanınız varsa, onu dinləyin. Bu, həqiqətən, sizə təqdim edilən paltarların uyğun olub-olmamasına kömək edəcək.
Son şans
Digər bir hiylə isə endirim və ya kampaniyaların tezliklə bitəcəyi ilə bağlı çağırışlardır. Buna geyim, məişət texnikası və ya mebel mağazalarında rast gəlmək mümkündür.
Bu oyunun mahiyyəti alıcını düşünmədən addım atmağa vadar edir. Buna görə də, belə bir “kampaniyalarla” qarşılaşdığınız zaman bunun sizə nə qədər lazım olduğuna əmin olun. Daha sonra "çox yaxşı qiymətə" satın almadan əvvəl yenə də digər mağazaların qiymətləri ilə maraqlanın.
Lazımsız malları müştərilərə sırıyan şirkətlərin - 8 FIRILDAĞI
18:02
21 Dek 2017