Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova FED.az-a açıqlamasında deyib ki, bu gün sutka ərzində ölkə ərazisində şimal-qərb küləyi əsəcək.
Onun sözlərinə görə, hazırda əsən küləyin martın 31-i gündüz saatlarından başlayaraq tədricən mülayimləşməsi gözlənilir: "Sabah ölkə ərzisində mülayim şimal-şərq küləyinin əsəcəyi gözlənilir".
Mütəxəssis bildirib ki, martın 30-31-də havanın temperaturu 5-10 dərəcə aşağı enəcək: "Bu gün və sabah hava şəraitinin paytaxt Bakıda dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sabah gündüz saatlarından başlayaraq havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq".
G.Məmmədova qeyd edib ki, aprelin 1-dən etibarən hava şəraiti sabitləşəcək.