Milli Məclisdə ödənişli atalıq məzuniyyətinin verilməsini təklif edilib.
Azərbaycanda 14 günlük atalıq məzuniyyətinin qanunvericiliyə salınması - TƏKLİF EDİLDİ
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Komitəsi hökumətə 14 günlük atalıq məzuniyyətinin verilməsi ilə bağlı tövsiyə verib.
Deputat bildirib ki, ölkəmizdə ödənişsiz məzuniyyət verilir: “Təcrübədə Azərbaycanda heç bir ata bu hüququndan istifadə etməyib. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə ziyan vurur. Dünyada ödənişli 14 günlük atalıq məzuniyyətinin tətbiqi müsbət nəticələr verib. Komitəmiz olaraq ödənişli atalıq məzuniyyətinin verilməsini təklif edirik. Artıq bu stereotipləri aradan qaldırmaq lazımdır”, (Apa)