Dövlət Statistika Komitəsi (DSK) yanvar-mart ayları üzrə istehlak bazarı qiymətlərini açıqlayıb. FED.az xəbər verir ki, DSK-nin məlumatına görə, bu dövrdə bəzi xidmətlərin qiymətində artım, bir sıra xidmətlərdə isə ucuzlaşma baş verib
Ay ərzində bahalaşan xidmətlər.
Cari ilin mart ayında fevral ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, istirahət turlarının qiymətləri bahalaşmış,
Ay ərzində ucuzlaşan xidmətlər.
Dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Kirayə haqqı, uçuş və stomotolji xidmətlər bahalaşıb – RƏSMİ AÇIQLANDI
12:00
16 Aprel 2019