Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardım pensiya alanların əksəriyyətinin pensiyasına əlavə ediləcək.
Eləcə də bax: Deputat: “250 AZN təqaüd alanların aylığı 17 manat artacaq”
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, bu yardım vəzifə maaşına əlavə alan pensiyaçılara şamil edilməyəcək.
“O da təxminən 90 minə yaxın insandır. Yəni 1,1 milyondan çox pensiyaçıya şamil ediləcək.
Maaşa əlavə alanlar sabiq deputatlar, hakimlər, prokurorlar, bəzi qrup hərbi qulluqçular, dövlət qulluğunun yuxarı dərəcələrində çalışanlardır. Onların pensiyaları yüksəkdir və ona görə də onlara bu 200 manat yardım şamil olunmayacaq”, - deyə M.Quliyev bidirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə pensiyalar artırılıb və əlavə olaraq pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.