"Əmək Məcəlləsi"nə dəyişiklik edilir. Dəyişikliklərə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq.
Bu halda vətəndaşa yüksək pensiya təyin olunacaq
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində birinci oxunuşda dəstəklənərək plenar iclasa tövsiyyə edilib.
Vüqar Bayramov bildirib ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, qeyri-iş günlərində çalışan vətəndaşlara əlavə çalışdığı saatlara görə ödənişlər olacaq. O qeyd edib ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımdan vacib idi.
Millət vəkili onu da əlavə edib ki, dəyişikliyə əsasən, hər saata görə həsablanan maaşın məbləği 2 dəfədən çox olmalıdır. Dəyişikliklər həmçinin bir çox vacib nüansları ehtiva edir.










