Pandemiyanın günümüzə gətirdiyi yeni reallıqlardan biri də məsafədən işləmək vərdişinin formalaşmasıdır.
Eləcə də bax: Qanunverciliyə evdən işləmək ilə bağlı - DƏYİŞİKLİK EDİLİR
Əgər insanlar bu günə qədər koronavirus səbəbindən məsafədən işləmək məcburiyyətində qalırdısa, yeni təkliflərə görə Azərbaycanda da distant iş forması qanuniləşdirilə bilər.
Distant iş anlayışının Əmək Məcəlləsinə daxil edilməsi nəzərdə tutulub.
Qərara alınıb ki, Əməl Məcəlləsindən distant işlə bağlı normalar təkmilləşdirilsin.
FED.az xəbər verir ki, Mövzu ilə bağlı İTV-yə danışan Azərbaycan-Amerika Ticarət Palatasının komitə rəhbəri Ellada Alışova bildirib ki, artıq bir neçə ildir ki bu barədə işlər gedir. Hal hazırda bir çox şirkətlər distant işə keçid ediblər.
Qanun layihəsində iş vaxtı rejimi, əmək şəraiti, evdə çalışarkən əməyin mühafizəsi qaydalarına riayət edilməsi kimi tələblərin təkmilləşdirilməsi nəzərə alınıb.
Daha ətraflı süjetində: