Hazırda Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiya və sosial müavinət alan vətəndaş var.
Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ
FED.az xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Bakıda keçirilən "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, ölkədə ən yaşlı pensiyaçı Lənkəranda yaşayan 135 yaşlı qadındır.
K.Əkpərov gələcək hədəflərdən də bəhs edib:
"2025-2027-ci illərdə əsas hədəf data əsaslı proqramlardan istifadə və süni intellekt əsaslı həllərin yaradılması kimi işlərin həyata keçirilməsidir. Biz artıq 90 faizdən yuxarı elektronlaşmaya nail olmuşuq". (Report)