37 milyon nəfər əhalisi olan Kanada 2021-ci ilədək daha 1 milyon immiqrant cəlb etmək niyyətindədir. FED.az xəbər verir ki, bu barədə ölkənin immiqrasiya, qaçqınlar və vətəndaşlıq naziri Əhməd Hüseyn parlamentə hesabatında bildirib.
Onun sözlərinə görə məhz ölkənin yeni vətəndaşları sayəsində Kanada belə güclü və inkişvf etmiş olub.
Yeri gəlmişkən, hazırda 40 yaşı olan nazirin özü Kanadaya 24 il əvvəl, 16 yaşı olarkən dağılmış Somalidən gəlib.
2021-ci ilədək ölkəyə 1 milyon immiqrant toplamaq üçün Kanada qarşıdakı 3 il ərzində hər il 350 min nəfər xarici qəbul edəcək.
Əhməd Hüseyn bildirib ki, hazırda Kanada immiqrasiya proqramları üzrə dünya lideridir. Özü də başqa ölkələrdən fərqli olaraq bu proqramlarda diskriminasiyaya yol vermir və insanlara irqinə, milliyyətinə, dərisinni rənginə, dininə və cinsinə görə fərq qoyulmur.
Hesabata görə hazırda Kanadanın hər 5 vətəndaşından 1-i immiqrantdır və 1990-cı ildən indiyədək ölkəyə 6 milyon nəfər gəlib.