Media subyekti və jurnalist tərəfindən hansı məlumatların yayılmaması ilə bağlı qayda açıqlanıb.
Eləcə də bax: Jurnalistlər güzəştli kreditlərdən - YARARLANA BİLƏCƏKLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
1. şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;
2. məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına;
3. təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;
4. Azərbaycanın Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;
5. yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;
6. “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına;
7.İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına.
Məsul redaktor və (və ya) jurnalist istintaqı aparılan yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.