2023-cü ilin iyul ayına pensiyanın orta aylıq məbləği 435 manat təşkil edib.
FED.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, ötən ilin iyul ayında isə bu rəqəm 368 manat olub. Beləliklə, bu ilin iyul ayında ötən ilin analoji dövrü ilə müqayisədə pensiyanın orta aylıq məbləği 18,2% artıb.