2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 4 milyard 133,3 milyon manatlıq geyim, toxuculuq və ayaqqabı məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-iyul aylarına nisbətən 4,9% çoxdur.
Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 12,8% faizi geyim, toxuculuq və ayaqqabıların alınmasına sərf olunub.
Təkcə iyul ayında ərzağa xərclənən vəsaitin məbləği isə 632,8 milyon manat təşkil edib.