2023-cü ildə Azərbaycanda iсtimai birliklərin (təşkilatların) fəaliyyəti sahəsində çalışanların orta aylıq əmək haqqı 1 421,2 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə müqayisədə 178,2 manat və ya 14,3% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1 243 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 1 836,9 manat təşkil edib ki, bu 2022-ci illə müqayisədə 24,2 manat və ya 1,3% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 1251,6 manat olub. Bu da illik müqayisədə 182,4 manat və ya 17,1% çoxdur.