Türkiyənin İstanbul şəhərində yaşamanın aylıq xərcləri açıqlanıb.
Türkiyədə avqustda inflyasiya - 59 FAİZƏ YAXIN OLUB
FED.az xəbər verir ki, bu barədə İstanbul Planlaşdırma Agentliyi bildirib.
"2023-cü ilin avqust ayında İstanbulda dörd nəfərlik bir ailənin yaşayış xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 80,59 faiz artaraq 42 min 593 lirə (2703 manat) olaraq hesablanıb", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında İstanbulda dörd nəfərlik bir ailənin yaşayış xərcləri 38 min 828 lirə (2464 manat) olaraq hesablanıb. (Trend)