60 mindən artıq işləyən pensiyaçı var.
Azərbaycanda əhalinın 10,8 faizi pensiyaçıdır - STATİSTİKA
FED.az xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, işləyən pensiyaçıların 6 ili tamam olduqdan sonra pensiyaları təkrar hesablanır.
"Onlar 6 il işlədikdən sonra topladıqları kapital 72 aya bölünəcək və pensiyaların üzərinə gələcək. Hazırda bununla bağlı elektron proqram hazırlanır.
Cari ildə istifadəyə veriləcək və 6 il tamam olan kimi bu proaktiv qaydada həyata keçiriləcək", - deyə nazir əlavə edib. (Trend)