Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərdən daha birinin sadə izahını verib.
2026-cı ildən məzuniyyət haqqı necə hesablanacaq?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Əmək Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, işçi məzuniyyət növbəlilik cədvəlinə əməl etmədikdə və məzuniyyətdən istifadə etmək üçün ərizə ilə müraciət etmədikdə, işəgötürən onu əmrlə (sərəncamla) əmək məzuniyyətinə göndərə bilər.
Bu halda:
İşçiyə əvvəlcədən yazılı şəkildə xəbərdarlıq edilir;
Xəbərdarlıq kağız daşıyıcıda və ya elektron sistem vasitəsilə edilə bilər;
İşçi məzuniyyət üçün müraciət etməzsə, işəgötürənin əmri ilə məzuniyyətə göndərilə bilər.
Qeyd:
Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta da keçirilə bilər.













