2025-ci ilin 2-ci rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 4 min 551 nəfər olub.
FED.az bu abrədə 2025-ci ilin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir.
Məlumata görə onlardan 40,5 faizi ( və ya 1843 nəfəri) tikintidə, 9,1 faizi emal sənayesində, 8,3 faizi mədənçıxarma sənayesində, 7,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 4,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 24,6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.