2024-cü ilin yanvar ayında informasiya və rabitə sahəsində işləyənlərin orta aylıq əmək haqqı 1720.1 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2023-ci ilin ilk ayı ilə müqayisədə müqayisədə 280.1 manat və ya 19.5% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1 440 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 1 346,8 manat təşkil edib ki, bu 2023-ci ilin eyni ayı ilə müqayisədə 203,2 manat və ya 17,8% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 2 009,1 manat olub. Bu da illik müqayisədə 332 manat və ya 20% çoxdur.