"Müasir Azərbaycana müasir televiziya lazımdır. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".
FED.az xəbər verir ki, bunu İTV-nin yeni seçilmiş baş direktoru Balakişi Qasımov deyib.
Onun sözlərinə görə, telekanalda kadr islahatları gözlənilir: "Lakin çalışmaq istəyən, çalışmağı bacaran insanlar narahat olmasınlar".
B. Qasımov qeyd edib ki, bütün planları həyata keçirmək üçün müəyyən vaxt lazım olacaq: "Ancaq qısa müddətdə tamaşaçıları dəyişiklikləri hiss edəcəklər".
Eləcə də bax: TV-yə baş direktor seçildi