Prezident İlham Əliyev, İşsizlikdən Sığorta Fondunun 2021-ci il üzrə büdcəsini təsdiqləyib.
FED.az xəbər verir ki, 2021-ci ildə fondun gəlir və xərcləri 157,8 milyon manat olacaq. 2020-ci illə müqayisədə fondun büdcəsi 6,6 milyon manat artıb.
157,8 milyon manatın 120 milyonu toplanacaq, 37 milyon manat isə fondun büdcəsində 2020-ci ildən qalan puldur.
Qanuna görə, 2021-ci ildə fondun 157,8 milyon manatlıq gəlirlərinin 33,5 milyon manatı büdcə təşkilatlarından və büdcədə çalışanlardan, 86,5 milyon manatı qeyri-büdcə təşkilatlarından toplanacaq.
Ötən illə müqayisədə büdcə təşkilatlarından yığılacaq məbləğ 1,8 milyon manat azaldılıb (ötən il 35,3 milyon manat idi), qeyri-büdcə təşkilatları, yəni özəl sektordan toplanacaq vəsaitlər isə 10 milyon manat artırılıb.
Vəsaitlərin xərclənməsində də dəyişiklik var.
Belə ki, 2020-ci ildə özünüməşğulluq tədbirlərinə 78 milyon manat xərcləndiyim halda, 2021-ci ildə bu məbləğ 10 milyon manat azaldılaraq 68 milyon manata endirilib.
Əvəzində işsizlikdən sığorta ödənişləri üçün nəzərdə tutulan məbləğlər 3 milyon manat artırılaraq 10 milyondan 13 milyon manata qaldırılıb.
Gələn il hökumət haqqı ödənilən ictimiai işləri bir qədər azaldacaq – 2021-ci ildə bu məqsədlə cəmi 2 milyon manat nəzərdə tutulub. 2020-ci ildə isə bunun üçün 3 milyon manat nəzərdə tutulmuşdu.
İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi belədir: