Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
ELƏCƏ DƏ BAX : Astara üçün pul ayrıldı - SƏRƏNCAM
1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606; 2001, № 10, maddə 640; 2002, № 4 (II kitab), maddə 189, № 10, maddə 592; 2003, № 10, maddələr 566, 569; 2004, № 6, maddə 432; 2005, № 5, maddələr 400, 403, 405; 2006, № 7, maddə 590, № 8, maddə 678, № 9, maddə 742; 2007, №11, maddə 1097, № 12, maddə 1246; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 10, maddə 788, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 233, № 3, maddə 438; 2017, № 7, maddə 1352, № 11, maddə 2032) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 4.2.1-ci yarımbəndinin beşinci abzasında “statusu almış” sözləri “kimi qeydiyyata alınmış” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2014, № 5, maddə 477; 2015, № 9, maddə 999; 2016, № 8, maddə 1384; 2019, № 3, maddə 413) ilə təsdiq edilmiş “Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında Əsasnamə”nin 2.1-ci bəndinin beşinci abzasında “statusu almış” sözləri “kimi qeydiyyata alınmış” sözləri ilə əvəz edilsin.
3. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 525; № 8, maddələr 485, 488; 2008, № 9, maddə 798; 2011, № 7, maddə 633; 2014, № 5, maddə 477, № 12, maddə 1571; 2016, № 8, maddə 1384) 2-ci hissəsi ləğv edilsin.
4. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:
4.1.1. 3.1.26-cı yarımbənddə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə və “əmək bazarının real tələblərinə müvafiq peşə hazırlığını, əlavə təhsilini və haqqı ödənilən ictimai işlərə” sözləri “aktiv məşğulluq tədbirlərinə” sözləri ilə əvəz edilsin;
4.1.2. aşağıdakı məzmunda 3.1.27-1-ci yarımbənd əlavə edilsin:
“3.1.27-1. peşə standartlarının hazırlanmasını, təsdiqini və tətbiqini təmin etmək;”;
4.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti haqqında Əsasnamə” üzrə:
4.2.1. 1.1-ci bənddə və 3.1.4-cü yarımbənddə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;
4.2.2. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.2. qanunla müəyyən olunmuş qaydada işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin edir;”;
4.2.3. 2.1.4-cü yarımbənddə “daha çox” sözləri “xüsusi” sözü ilə və “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;
4.2.4. 2.1.6-cı yarımbənd ləğv edilsin;
4.2.5. 3.1.3-2-ci yarımbəndə “sığorta ödənişinin” sözlərindən sonra “və şəxsin peşə hazırlığına cəlb olunduğu dövrdə təqaüdün” sözləri əlavə edilsin;
4.2.6. 3.1.5-ci və 3.1.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.1.5. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məşğulluğa kömək məqsədilə şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını təmin etmək;
3.1.6. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, işaxtaran və işsiz şəxslər üçün aktiv məşğulluq tədbirləri həyata keçirmək”;
4.2.7. 3.1.7-ci və 3.1.8-ci yarımbəndlər ləğv edilsin;
4.2.8. 3.1.8-1-ci yarımbənddə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə, “əlavə iş yerləri və ixtisaslaşdırılmış” sözləri “kvotadan əlavə iş yerlərinin və sosial” sözləri ilə əvəz edilsin;
4.2.9. 3.1.9-2-ci yarımbənddə “kimi qeydiyyata alınmış və işsiz statusu almış” sözləri “və işsiz kimi qeydiyyata alınmış” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “aktiv” sözündən sonra “məşğulluq” sözü əlavə edilsin;
4.2.10. 4.1.1-ci yarımbənddə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “, qanunvericilikdə nəzərdə tutulmuş hallarda təyinatı üzrə müvafiq vəsaitin köçürülməsi” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2019-cu il.
İşsiz və işaxtaran vətəndaşlarla bağlı - FƏRMAN
19:28
14 İyun 2019