Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi qaydası açıqlanıb.
Eləcə də bax: 10 şəhər və rayon üzrə işsiz şəxslərə - 190 Manat Veriləcək
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar imzalayıb.
Qərarla Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.