“Ər və ya həyat yoldaşı əmək müqaviləsi üzrə işləyirsə, dövlət artıq onlara yardım edir. Eyni ailəyə ikinci yardımın edilməsi hər halda düzgün olmazdı. Ancaq həmin ailənin övladlarına bu hal şamil edilmir. Çünki hər bir övlad ayrıca ailə hesab olunur.”
Eləcə də bax: İşsiz vətəndaşlara - BİRDƏFƏLİK ÖDƏMƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, ailələrdəki işsiz olan övladların birdəfəlik ödəniş almaq üçün ayrıca müraciət etmək hüququ var: "Dörd nəfərlik ailədə ata, ana və 18 yaşı keçən əmək qabiliyyətli iki övlad varsa, ata və ananın biri hər hansı yardım alırsa, o zaman digərinə vəsait ödənilmir. Amma övladların ayrıca müraciət etmək hüququ var”.
Modern