“Pensiya yaşına çatmadan işdən çıxan vətəndaşların əmək pensiyası ilə təmin edilməsində heç bir məhdudiyyət yoxdur”.
Eləcə də bax: Pensiya artımı - NECƏ HESABLANIR?
FED.az xəbər veriri ki bu barədə DOST Agentliyinin DOST xidmətləri departamentinin direktor müavini Vasif Qəribov “Sosial saat” verilişində deyib.
O qeyd edib ki, vətəndaş əgər pensiya yaşına çatıbsa və onun minimum tələb olunan 25 il stajı və kapitalı varsa, o halda vətəndaşa əmək pensiyası təyinatı aparıla bilər:
“Onu xüsusi vurğulayım ki, bu təyinat vətəndaşın pensiya yaşına çatması halında aparılır. Bu yaş hazırda kişilərdə 65, qadınlarda isə 62 yaş 6 aydır” – o deyib. (Apa)