Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların müraciətləri araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi, əmək haqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi aradan qaldırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a daxil olan məlumata görə, xidmətin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-oktyabr aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 96 min 360 manat məbləğində vəsait işçilərə ödənilib.
Məlumatda bildirilir ki, həmin vəsaitin 93,2 faizi gecikdirilmiş əmək haqlarından, 4,1 faizi işəgötürənlərin ödəməli olduqları sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Rəsmi açıqlamaya görə, yanvar-oktyabr aylarında Xidmətə daxil olan müraciətlərin araşdırılması zamanı ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad olunduqları aşkar edilib və onlar yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.
İşçilərin gecikdirilmiş sosial ödənişləri verildi - RƏSMİ
16:18
13 Noy 2017