“Əvvəl daha çox işsizliklə bağlı şikayətlər olurdusa, hazırda ixtisarlarla bağlı şikayətlər çoxalıb. Təltif, təşəkkürnamə alan işçi təzə gələn müdirin xoşuna gəlmədiyinə görə işdən çıxarılır. Süni ixtisarlar artır”.
Naxçıvanda daha bir neçə yüksək vəzifəli şəxs - İŞDƏN AZAD EDİLİB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, dövlət qurumlarından, müvafiq nazirliklərdən son bir ildə ixtisarlarla bağlı siyahı verilməlidir: “İxtisar olunan işçilərin problemləri ilə bağlı ictimai dinləmələr, müvafiq qurumlarla müzakirələr aparmalıyıq”.