"İşçi sayı 50 nəfəri keçən müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır. Burada söhbət iqtisadiyyatın bütün sahələrindən gedir".
Eləcə də bax: “Əmək Münasibətləri və Məşğulluq” altsistemi gələn ay - İSTİFADƏYƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov deyib.
Onun sözlərinə görə, işçi sayı 50 nəfəri keçən təşkilatlarda əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, 500 nəfərdən artıq işçisi olan olan iş yerlərində əməyin mühafizəsi üzrə müavin, 1000-dən çox işçisi olan yerlərdə əməyin mühafizəsi üzrə sanitar-gigiyena həkim vəzifəsi və laboratoriyalar təşkil edilməlidir: "Bunlar minimum tələblərdir. Əks halda qanunvericiliyə uyğun addımlar atılmalıdır”. (Report)