Əmək bazarının inkişafı iş elanlarının onlayn mediaya da gəlib çıxmasına səbəb olub. Bu, iş axtaran xeyli insanın sosial şəbəkə və saytlara üz tutmasına səbəb olub.
Eləcə də bax: Türkiyədə internetdə «iş tapmaq duası» axtaranlar – KƏSKİN ARTIB
Maraqlıdır, Azərbaycanda insanlar iş axtarmaq məqsədilə ən çox hansı platformalara müraciət edirlər?
FED.az məlumat verir ki, TED.az məsələ ilə bağlı iş axtaran gənclər arasında sorğu keçirib. Məlum olub ki, onların əksəriyyəti iş elanları ilə məhz Feysbuk vasitəsilə tanış olurlar. Bunu isə paylaşmaq funksiyasının olması ilə izah ediblər. Onların fikrincə, bir iş elanının bir neçə şəxs tərəfindən paylaşılması onun daha çox izləyiciyə çatdırılmasına səbəb olur. Məlum olub ki, hər 10 şəxsdən 7-i iş elanlarını ilk Feysbukda axtarır.
Say çoxluğuna görə ikinci yerdə isə Linkedin gəlib. Onlar bunu platformada insanlar barədə şəxsi məlumatların açıq-aydın göstərilməsi ilə əlaqələndiriblər. Üçüncü yerdə Boss.az saytı qərarlaşıb. Say çoxluğuna görə növbəti yerləri uyğun olaraq Job.az, Rabota.az, Karyera.az saytları tutub.
Sonuncu yerdə isə Hellojob.az və Jobsearch.az qərarlaşıb.