Dekabrın 10-da yanğın baş verən «Eurohome» ticarət mərkəzində çalışan sahibkarlar müvəqqəti olaraq başqa yerlərə köçməklə bağlı mərkəzin sahibi Azay Möhnətovun təklifi ilə razılaşmayıblar. Mərkəzdə çalışan iş adamı Tural Məmmədov FED.az-a bildirib ki, onlara təklif olunan ərazilər əlverişli deyil: «Bizə 28 may ərazisində və Dərnəgül bazarındakı obyektlərdə işləmək təklif edilib, amma bu ərazilər bizə sərfəli deyil».
Eləcə də bax:İş adamı: "Mallarımı hər il sığorta edirdim – BU İL 2 GÜN GECİKDİM, 200 MİN İTİRDİM"
İş adamları bildirir ki, 28 May ərazisindəki AF Mall ticarət mərkəzi topdansatış üçün əlverişli deyil, həm də şəhərin mərkəzinə yük avtomobillərinin buraxılmasında problem var. Dərnəgül bazarı isə əvvəlki kimi aktiv yer deyil, və burada ticarət fəallığı çox aşağıdır.
Qeyd edək ki, TM-nin sahibi yanğın yerində sahibkarlarla görüşəndə onların yeni yrlərdə bir müddət icarə haqqından azad ediləcəyini bildirmişdi. Amma iş adamları bildirir ki, bu təklif elə də təsirli olmayacaq: «Söhbət qısa müddətdən gedir. Bir neçə ay ərzində icarə haqqı verməməklə biz 5-10 min, uzağı 15 min manata qənaət edə biləcəyik, amma bizim ziyan bundan qat-qat artıqdır».