Sentyabrın 12-də Nazirlər Kabineti tərəfindən imzalanan qərara əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində bir sıra məhdudiyyətlər sentyabrın 30-dək tətbiq ediləcək.
Eləcə də bax: Karantin dövründə kafe-restoranlarla bağlı - ZƏRURİ QAYDALAR
FED.az xəbər verir ki, bu məhdudiyyətlərə iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması (nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla) da aiddir.
İri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyətinin məhdudlaşdırılması sentyabrın 30-dək davam etdiriləcək.