İranda istixana pomidorunun bir kiloqramı 110 min rial (təxminən 2,61 dollar), xiyarın isə 1 kiloqram üçün qiyməti 65 min riala (təxminən 1,54 dollar) çatıb.
FED.az xəbər verir ki, İranın Meyvə və Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargər deyib.
Onun sözlərinə görə, hazırda xiyar təxminən 15%, banan isə təxminən 10% bahalaşıb. Hazırda 1 kq bananın qiyməti 110 min-125 min rialdır (təxminən 2,61 – 2,97 dollar).
Kargər əlavə edib ki, adətən bu dövrdə kənd təsərrüfatı məhsulları azalır və daha çox istixana məhsulları bazara çıxarılır. Bu da qiymətlərin bahalaşmasına təsir edir.