İranın məhkəmə orqanları Ali lider Əli Xameneinin təsdiq etdiyi əfv fərmanına əsasən, 10 minə yaxın məhbusu azad edəcək.
Eləcə də bax: İranda koronavirusdan ölənlərin sayı - 1 135-Ə ÇATDI
FED.az xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin sözçüsü Qolyam Hüseyin İsmaili açıqlama verib.
O bildirib ki, əfvə düşən məhbusların yarıdan çoxu ölkənin təhlükəsizliyinə təhdid yaradan işlərə görə məhkum edilib.
Qeyd edək ki, İran konstitusiyasına görə, Ali lider Ali Məhkəmə sədrinin tövsiyəsi ilə məhkumların cəzalarını azaltmaq və ya əfv etmək hüququna malikdir.
Apa