Banner

Sosial

İranda iftar mərasimi qadağan edildi - YENİ QƏRAR

İranda iftar mərasimi qadağan edildi - YENİ QƏRAR | FED.az
10:30 7 May 2019

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani nazirliyin tabeliyində olan şirkətlər, idarələr və müəssisələr tərəfindən istənilən iftar mərasimlərinin keçirilməsini qadağan edib.

FED.az xəbər verir ki, nazir qadağanın səbəbini maliyyə ehtiyatlarında qənaət və qeyri-zəruri xərclərin qarşısının alınması ilə əlaqələndirib.

Qeyd edək ki, İranın dini liderinin informasiya portalının yaydığı məlumata görə, bu ölkədə Ramazan ayı bu gündən başlanır.

Eləcə də bax: Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq - XƏBƏRDARLIQ

Digər xəbərlər

Banner