Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.
Prezidentin digər sərəncamları ilə beşdən çox uşağı olan qadınlara verilən müavinətin və uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği də 10 faiz artırılıb.