Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın sponsorluğu ilə bağlı iki xarici şirkətlə anlaşıb.
FED.az xəbər verir ki,bu barədə Sportinfo.az-a açıqlamasında PFL-in prezidenti Ramin Musayev məlumat verib. Qurum rəhbərinin sözlərinə görə, artıq müqavilənin maliyyə tərəfləri ilə bağlı razılıq əldə olunub, sadəcə, hüquqi prosedurlar qalıb:
“Artıq iki xarici şirkətlə anlaşmışıq. Maliyyə məsələsində 100 faizlik razılıq əldə olunub. Biri baş sponsor olacaq, digəri ilə reklam əməkdaşlığı edəcəyik. Onların ayırdığı vəsait “Topaz”ın verdiyi puldan iki dəfə artıqdır.
Hər şey demək olar ki, hazırdır, yalnız rəsmən əməkdaşlığa başlamaq qalıb. Tam rəsmi olmadığı üçün şirkətlərin adlarını indi açıqlamaq düz çıxmaz. Hüquqşünaslarımız onların ölkəmizdə qanuni şəkildə fəaliyyət göstərə bilməsi üçün təminat almaq istəyir. Əslində qeyri-qanuni nəsə yoxdur. Sadəcə, sabah istəmirik ki, biz tərəfdən onlar üçün hər hansı problem yaransın”.
Premyer Liqanın yeni sponsorunun “1Xbet” şirkəti olacağı gözlənilir
“İki şirkətlə anlaşmışıq,“TOPAZ”DAN İKİQAT ÇOX PUL VERİRLƏR”
12:39
17 Avq 2019