Azərbaycana əczaçılıq məhsullarının idxalı artıb.
FED.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi 2018-ci ilin yanvar-noyabr ayları ərzində ölkəyə 15 min 450.79 ton əczaçılıq məhsulu idxal edildiyini açıqlayıb.
ELƏCƏ DƏ BAX: "Bəzi həkimlərimiz 5-6 min manat maaş alır"
Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1191.44 ton, yəni 7,7 faiz çoxdur. 2017-ci ilin 11 ayı ərzində ölkəyə 14 min 259.35 ton idxal əczaçılıq məhsulu idxal olunub. Qiymət müqayisəsində isə ölkəyə dərman idxalı 14,4 faiz artıb. Əgər 2017-ci ildə ölkəyə 228 milyon 328.55 dollar dəyərində əczaçılıq məhsulu gətirilibsə, 2018-ci ildə bu göstərici 266 milyon 826.67 dollara çatıb.
İdxalı artıb – RƏSMİ
20:16
8 Yan 2019