Banner

Sosial

İcazəsi olanların qeyri-iş günlərində SMS-lə hərəkəti ilə bağlı - AÇIQLAMA

İcazəsi olanların qeyri-iş günlərində SMS-lə hərəkəti ilə bağlı - AÇIQLAMA | FED.az
14:43 29 Aprel 2020

Nazirlər Kabinetindən icazəsi olan şəxslərin işdənkənar və qeyri-iş günlərində yaşayış yerini tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Eləcə də bax: 8103-lə alınan icazələrin - MÜDDƏTİ ARTIRILDI

FED.az xəbər verir ki, NK-nin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Oxu.az-a açıqlamasında bildirib ki, fəaliyyətinə icazə verilmiş obyektlərdə insanların işdənkənar da hərəkətlilik səviyyəsi müşahidə olunub:

“Bu qərar sui-istifadə hallarının qarşısını almaq üçün verilib. Belə ki, icazəsi olan şəxslərin işdənkənar hallarda yaşayış yerini tərk etməsi üçün SMS xidmətindən istifadəsinin zəruriliyi barədə qərar verilib”.

Qeyd edək ki, xüsusi karantin rejimi elan edilərkən Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşlarının mağazaya, aptekə gedən zaman icazə üçün SMS-ə ehtiyac olmadığı qeyd edilmişdi.

Digər xəbərlər

Banner