Xəbər verildiyi kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da 2020-ci il 5 iyul saat 6:00-dan 20 iyul saat 6:00-dək sərt karantin rejimi tətbiq edilən ərazilərə aid olunub.
Eləcə də bax: Sərt karantin dövründə bu sahələr üzrə fəaliyyətə icazə verilməyəcək - SİYAHI
Qeyd edək ki, indiyə qədər Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq edilirdi və o ərazilər üzrə də xüsusi karantin rejimi 20 iyuladək uzadılıb.
FED.az xəbər verir ki, fəaliyyətinə icazə verilən sahələr üzrə işəgötürənlər icaze.e-gov.az portalından iş icazəsi almaq istədikdə, portal buna icazə vermir. Çünki icazələrin alınması və monitorinq sistemi 25 iyun 2020-ci ildəki aktiv iş icazəsi sayından əlavə, işçi daxil etməyə məhdudiyyət müəyyənləşdirib.
Nəzərə almaq lazımdır ki, 25 iyun 2020-ci il tarixinədək Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları üzrə sərt karantin rejimi tətbiq edilmədiyi üçün, həmin ərazilərdə çalışanlara iş icazəsi almağa ehtiyac yox idi.
Məsələ ilə bağlı Elektron hökümətin inkişafı mərkəzi icazələrin alınması və monitorinq sistemi ilə əlaqə yaratdıq. Sistemdən bildirdilər ki, həmin məsələlər Operativ Qərargah tərəfindən tənzimləndiyindən əlavə iş icazələrinin aktiv edilməsi səlahiyyətlərinə malik deyillər.
Təəssüf ki, Operativ Qərargahın nömrələri ilə əlaqə saxlamaq mümkün olmadı.
Ümid edirik ki, müvafiq dövlət qurumları işəgötürənlərin yeni ərazilər üçün iş icazəsi alınması problemini qısa müddətdə həll edəcək. Fəaliyyətinə icazə verilən sahələr üzrə işəgötürənlər də, öz növbələrində sahibkarlıq fəaliyyətini həyata keçirməkdə hər hansı ciddi problemlə üzləşməyəcək.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. (MKS)