İş üçün müraciət edən namizədlərin – daha çox da gənclərin etdikləri səhvlərdən biri tələbəlik illəri ərzində heç bir təcrübə proqramlarında iştirak eməməsi, korporativ mühitə uyğunlaşmamasıdır.
CV-lərdə şəkil olmalıdır, yoxsa yox? – AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Bakıda keçirilən "Banklar forumu və sərgisi" adlı tədbirdə "Bank of Baku"nun insan resursları departamentinin direktoru Gülarə Novruzova Gözəlova tələbələrin suallarını cavablandıran zaman məlumat verib.
Onun sözlərinə görə, tələbəlik illərindən etibarən gənclər müxtəif təcrübə proqramlarında iştirak etməlidir:
“Ona görə yox ki, həmin gənclər bilik və bacarıqlara yiyələnsinlər. Sadəcə olaraq korporativ mühiti və korporativ davranış qaydalarını öyrədək. Bu baxımdan mən də tövsiyyə edərdim ki, tələbəlik illərindən etibarən iş həyatına adaptasiya üçün və ümumiyyətlə əmək bazarında karyera tələbələrinin nədən ibarət olduğunu bilmək üçün könüllülük və təcrübə proqramına cəlb olunsunlar”.
Direktor bilirib ki, ən çox rastlaşılan xətalardan biri də CV-lərin hazırlanması zamanı baş verir:
“Bildiyimiz kimi, insan resursları mütəxəssisləri işə qəbul etməyə “CV Screening” prosesindən başlayırlar. Demək olar ki, həftəlik ortalama 900 – 1 300 CV yoxlanılır. Bu CV-lərin içərisində çox sayda ümumi hallar ilə rastlaşırıq. Məsələn CV-də çox ümumi – “komandada işləmək bacarığı”, “Microsoft Office bilikləri” kimi elementar məlumatları qeyd edirlər. Yaxşı olar ki, CV-lərdə daha spesfik məsələlər qeyd olunsun ki, bu sizi digərlərindən fərqləndirən cəhətlərdən biridir.
Dil bilikləri ilə bağlı məlumatları da düzgün qeyd etmək lazımdır. Məsələn CV-də qeyd olunur ki, “rus dili orta” biz bu kimi ümumi anlayışlar olan zaman əlavə bir telefon danışığı da həyata keçirməli oluruq ki, həqiqətən də namizəd CV-də qeyd etdiyi xüsusiyyətlərə malikdir, yoxsa yox. Tövisyyə edərdim ki, CV tərtib edən zaman vakansiyanın tələbinə uyğun və müəssisəyə xas bir CV tərtib etmək lazımdır”.
“Digər bir xəta da namizədlərin müsahibəyə gələn zaman araşdırma etməməsidir. Yaxşı olar ki, namizədlər müsahibəyə gedən zaman bir araşdırma etsinlər. Həmin şirkətin veb-saytna daxil olub, müəssisənin dəyərləri, viziyonu, korporativ dəyərləri haqqında məlumat əldə edə bilərsiz. Hazırda ölkəmizdə bir çox müəssisələrin veb-saytları mövcuddur”, - deyə o, əlavə edib.











