İş axtaran, CV-lərini müxtəlif vakansiyalar üzrə göndərən namizədlərin bir çoxu CV-lərində şəkillərin yerləşdirirlər. Bu tendensiya ölkəmizdə geniş yayılmış bir üsuldur. Bir çox CV-lər bu formatda hazırlanır. Bəzi xarici ölkələrdə isə CV hazırlayan zaman heç bir şəkildən istifadə olunmur. Sadəcə məlumatlar qeyd olunur.
Distant iş hansı işçilərə tətbiq olunacaq? - MİSALLAR
Bəs həqiqətən CV-lərdə şəkillərdən istifadə olunmalıdır?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Bakıda keçirilən "Banklar forumu və sərgisi" adlı tədbirdə "Bank of Baku"nun insan resursları departamentinin direktoru Gülarə Novruza Gözəlova tələbələrin suallarını cavablandıran zaman məlumat verib.
Onun sözlərinə görə, ölkəmizdə bu proses müəssisədən asılı olaraq dəyişir:
“Müəssisə var ki, orada şəkilin olması şərtdir. Bəzi dövlət qurumları var ki, nəinki şəkil hətta bir çox məlumatların anket fomasında doldurulmasını istəyir. Amma mənim şəxsi təcrübəm ondan ibarətdir ki, şəkilin heç bir əhəmiyyəti yoxdur. Hətta nəinki şəkilin CV-dəki dizayn formatının da əhəmiyyəti yoxdur. Təbii ki, gün ərzində çoxlu CV oxuduğumuza görə, göz yoruğunluğu falan ola bilir. Amma heç bir halda şəkilin önəmi yoxdur ki, biz şəkilə uyğun qərar verək.
Amma belə bir nüans da var ki, bəzən göndərilən şəkillərdə CV-lərin çox uyğunsuz olduğunu görürük. Əksinə bu hal bizdə neqativ düşüncə yaradır. Bir iş yerinə müraciət etmisinizsə, şəkil müəyyən qədər rəsmi və ya korporativlik üslubuna sahib olmalıdır. Amma uyğunsuz şəkil yerləşdirməkdənsə şəkil qoymamaq daha yaxşı fikirdir.
Bir nüansı da qeyd edim ki, bank sektorunda ön ofisdə görünüş önəmlidir, vizuallıq önəmlidir deyə bir fikir var. Bu da bəzən səhv anlaşılmaya səbəb olur. Bu o demək deyil ki, insanın yaradılışı ilə bağlı seçim edilir. Sadəcə həmin şəxslərdə yenə də korporativlik axtarırıq. Korporativ səliqəlilik, görünüş, üslub, davranış, danışıq, oturub-durmaq və s. axtarılır. Buna uyğun olaraq müsahibədə həmin şəxsə dəyər verilir. Müsahibədə həmin şəxsin sadəcə bilik bacarığı və ya universitet təhsili ilə seçmirik”.











