Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması işlərinin görülməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 6 milyon manat ayrılıb.